09.06.2025, 06:27
AZ EN
15.09.2023, 15:16 384

Cəbrayıl sakinlərinin qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulunu Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirib. Səyyar görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan Cəbrayıl rayon sakinləri iştirak ediblər.

İcra başçısı səyyar qəbul-görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Daha sonra Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışan rayon rəhbəri bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
İcra başçısı qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər