Bu sözləri bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün İsmayıl Bağırov deyib.
O, 1993-cü ildə – 30 yaşında kənddən çıxmalı olub. İsmayıl bildirir ki, o zaman kəndi tərk edən son sakinlərdən biri idi: “Ayrıldığım gün hələ də gözümün önündədir. Amma içimdə bir inam vardı – bu torpaqlar bir gün mütləq qaytarılacaq. O inamla yaşadım. İndi bu inam reallığa çevrilib və biz yenidən Kəngərliyik”.
O, göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Bu günə bizi onlar yetirdi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin”. (AZƏRTAC)