22.11.2024, 17:51
AZ EN
07.08.2024, 16:28 291

Monteneqrodan olan gənc V Yay Düşərgəsində uşaqlıq arzusuna çatıb

XƏBƏRLƏR
  • Diaspor gənclərinin V Yay Düşərgəsinin Monteneqrodan olan iştirakçısı Hüseynzadə Şirin öz təəssüratlarını Diaspor TV ilə bölüşüb, Laçında keçirilən düşərgədə iştirakından məmnunluğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, uşaqlıqdan işğal altında torpaqları görmək arzusunda olduğunu, 7 yaşında ikən Şuşanın rəsmini çəkdiyini və düşərgəyə gələrkən özü ilə gətirdiyini söyləyib.

Gözəl hisslər yaşadığını dilə gətirən Şirin Hüseynzadə doğma Qarabağımızın, Şuşamızın geri qayıtması münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.

Tədbirin təşkilinə görə Dövlət Komitəsinə öz təşəkkürünü bildirən soydaşımız xaricdə yaşayan hər bir azərbaycanlı gənci növbəti düşərgələrdə iştirak etmək şansından yararlanmağa çağırıb. (Trend)

Oxşar xəbərlər