25.04.2025, 18:57
AZ EN
21.05.2024, 08:00 347

“Yaşıl dünya naminə həmrəylik ili” nə həsr edilmiş müşavirə keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə müşavirə keçirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-nin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon DAİM-in direktoru Nicat Sadıqov, Kəlbəcər rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Aqil Salahov və Kəlbəcər RİH-in şöbə müdirinin müavini Heydər Bəylərov “Yaşıl dünya naminə həmrəylik ili”ndən bəhs edib, görülən işlərdən danışıb.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planından irəli gələn məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət məqsədilə konkret tapşırıqlar verib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər