24.04.2025, 16:52
AZ EN
26.04.2024, 16:27 427

“Arutyunyan “Niva”sında burada xəsarət alıb”

XƏBƏRLƏR

Vətən müharibəsi dövründə Qırmızı Bazarın strateji əhəmiyyəti...

  • Qırmızı Bazar qəsəbəsi Xocavənd rayonunun iki qəsəbəsindən biridir. Qırmızı Bazar hərbi strateji baxımından olduqca əlverişli mövqedə və mühüm yolların kəsişməsində yerləşir. Məhz buna görədir ki, Vətən müharibəsi dövründə ən şiddətli döyüşlərin getdiyi istiqamətlərdən biri də  Qırmızı Bazar istiqamətində gedən döyüşlər olub.

“Oktyabr ayının 26-dan başlayaraq Azərbaycan ordusu əvvəlcə Hadrut, ondan sonra  isə Füzuli şəhərini düşmən işğalından azad etdikdən sonra qüvvələrin bir hissəsini Qırmızı Bazar, Xocavənd və Tağavert kəndlərinin azad edilməsi istiqamətinə yönəltdi”. Bunu hərbi ekspert Ədalət Verdiyev “Baku” TV-nin Xocavənddə hazırladığı video-çəkliş zamanı deyib. Ekspertin sözlərinə görə, üç istiqamətdən paralel olaraq davam edən  döyüşlərdə düşmən tərəfi böyük itkilərə məruz qalırdı: “Hətta bu ərazilərə yaxın yerdə biz  Ermənistan tərəfindən qondarma rejimə təyin edilən müdafiə naziri  Cəlal Arutyunyanın da idarə etdiyi “Niva” maşınında xəsarət almasını da müşahidə etmişdik. Ondan sonra  isə Qırmızı Bazar istiqamətində  gedən döyüşlərdə Ermənistan tərəfindən yenə də təyin edilən müdafiə nazirinin müavini burada məhv edilmişdir. Nəticə etibarilə Azərbaycan bu istiqamətdə böyük qəhrəmanlıq nümunəsi göstərərək çox qısa bir müddətdə düşmənin böyük bir hərbi infrastrukturunun darmadağın edilməsinə nail olmuşdu”.  Ə.Verdiyev daha sonra qeyd edib ki, gördüyünüz kimi,  bizim ordumuz oktyabrın 26-dan əks – hücumlarına davam edərək şəhər, kəndi və Qırmızı Bazar istiqamətində döyüşlərdən Qırmızı Bazar qəsəbəsinin ərazisindən keçən üç yolu nəzarətə götürməklə  Qırmızı Bazar-Füzuli, Qırmızı Bazar-Xankəndi, Qırmızı Bazar-Hadrut  yol kəsişməsini nəzarətə götürmək, düşmənin ehtiyat qüvvələrinin bu işə cəlb edilməsinin qarşısının alınması məqsədini güdürdü: “Burada döyüşlər zamanı çox böyük ərazilər azad edilsə də, məhz Qırmızı Bazar, Xocavənd və Tağavert kəndinin bir hissəsi antiterror əməliyyatlarından sonra azad edildi. Müharibə zamanı tək Qırmızı Bazar istiqamətində 10 mindən çox raket, artileriya mərmisi,  reaktiv sursatlar istifadə edildi”.

Qırmızı Bazar qəsəbəsi həm də sosial-iqtisadi baxımdan da olduqca əlverişli mövqedə yerləşir. Burda hələ sovet dövründən yaşı 2 min ili ötmüş Şərq Çinarları təbiət hadisəsi kimi qorunurdu.  Qırmızı Bazar həm də böyük turzim və kənd potensialına malikdir.

Ekspertin sözlərinə görə, düşmənin burada çox sayda texnikaları məhv edilmiş, bir hissəsi isə qənimət olaraq Azərbaycan ordusunun əlinə keçmişdi: “Nəticə etibarilə  bu istiqamətdə düşmənin sıxışdırılması ondan xəbər verirdi ki,  biz Şuşanın azad edilməsi üçün Qırmızı Bazar-Xankəndi yolunu da alternativ olaraq görürük. Bu istiqamətdə isə düşmən özünün 10 mindən çox silahlı qüvəsini cəmləşdirmişdi. Məqsəd isə ondan ibarət idi ki,  məhz bizim arxamızda yerləşən Qırmızı Bazar-Xankəndi yolu bizim nəzarətimizə keçməsin. Bizim Xankəndiyə olan yolumuz açılmasın. Xankəndiyə gedən yolun açılması isə təbii ki, separatçı rejim üçün  kapitulyasiya aktının imzalanması ilə nəticələnə bilərdi. Noyabrın 9-da  imzalanan birgə bəyanat, bu qoşunların atəşinin dayandırılması ilə nəticələndi və  bir müddət həmin bu dayandığımız ərazilər rus kontingentin nəzarətinə verildi. Şuşanın azad edilməsi isə düşmənin imkanlarını, manevr potensialını kifayət qədər məhdudlaşdırdı. Daha sonrakı dövrlərdə baş verən təxribatlar zamanı da bu ərazililərdə yerləşən düşmənin 18-ci artleriya alayı və ona aid olan dvizonlar kifayət qədər böyük zərərlərə və itkilərə məruz qalmışdılar. Bəzən bir gün ərzində onlarla  erməni silahlısı bu ərzilərdə məhv edildi. Ən böyük düşmənin məruz qaldığı itkilər isə noyabrın ilk günlərinə təsadüf edirdi ki, bu da  Ermənistan tərəfindən də bir neçə dəfə etiraf edilmişdir”,- deyə Ə.Verdiyev vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər