20.04.2025, 02:02
AZ EN
19.03.2024, 07:00 331

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” adlı kitabının təqdimat mərasimi keçirilib

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının Milli İncəsənət Muzeyində müzakirə və təqdimat mərasimi keçirilib.

Məlumat üçün qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin dahi şairimiz və mütəfəkkirimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq keçirilib.

Təqdimat mərasimində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və digər natiqlər çıxış edərək “Füzuli sənətkarlığı” kitabının qiymətli mənbə olduğunu qeyd ediblər.

Tədbirdə iştirak edən millət vəkili Ceyhun Məmmədov çıxışında klassik Azərbaycan poeziyasında Füzulinin xüsusi yeri, dəst-xətti olduğunu qeyd edib: "Füzulinin Azərbaycanın tanınmış şairi olmaqla yanaşı həm də böyük İslam mütəfəkkiri və alim olduğunu bildirib. Azərbaycanda Füzuli yaradıcılığını ən geniş araşdıran alimlərdən birinin Mir Cəlal Paşayev olduğunu, onun “Füzuli sənətkarlığı” əsərinin bir il əvvəl ADA Universiteti tərəfindən alman dilinə tərcüməsinin böyük mədəni hadisə olduğunu, sözügedən kitabın klassik irsimizin, mədəni kimliyimizi dünyaya təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyin vurğulayıb.

Tədbirdə iştirak edən digər çıxışçılar da kitab haqqında öz ürək sözlərini mərasim iştirakçılarının diqqətinə çatdırıblar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər