22.12.2024, 22:50
AZ EN
22.09.2022, 11:00 237

Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal istifadəyə verilib

XƏBƏRLƏR
  • "Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları keçib".

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çoxdur:

"Ticarət həcmimiz 5 milyard dollar ətrafındadır. Bunun 15 milyard dollara çatdırılmasına töhfə verəcəyimizə səmimi qəlbdən inanıram".

Nazir qeyd edib ki, Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal da istifadəyə verilib.

"Müalicə üçün ölkəmizi seçən şəxslər portal üzərindən xəstəxana və həkim seçimini edə biləcəklər", - nazir qeyd edib. (APA)

Oxşar xəbərlər