Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatında yer alıb.
Hesabatda, həmçinin bildirilir ki, 2023-cü ildə təkcə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait ayrılıb və 1,9 milyon vətəndaşı əhatə edib.
Hesabat ilində səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 milyon manat təşkil edib. (AZƏRTAC)