Bunu Ballıca kənd sakini Sərxan Həsənov söyləyib.
O, Prezident İlham Əliyevlə görüşün xoş təəssüratlarını ifadə edərək deyib: “Prezidentlə görüş zamanı içimdən ani bir hiss gəldi. Onun əlini sıxıb, “Ali Baş Komandan, “dəmir yumruq” buradadır”, - dedim. Bu sözləri mən mənfur düşmənlərə eşitdirdim. Mən özüm pəhləvan nəslindənəm. Cənab Prezident də “Çox sağ olun. Maşallah, sənin də yumruğun yaxşıdır”, - dedi. Prezidentin bizimlə görüşməsi ruh yüksəkliyini daha da artırdı”.
Ballıca sakini kənddə yaradılan şəraitdən razı qaldığını bildirib: “Doğma torpaqlarımızı tərk edəndə 3 yaşım var idi. İndi dörd övladım, atam və qardaşımla qayıtmışam. Ballıca kəndində sakinlər üçün hər cür şərait yaradılıb. Qaz, su, istilik sistemi, təhsil ocaqları, bir sözlə hər şey yüksək səviyyədədir”. (AZƏRTAC)