05.05.2026, 11:20
AZ EN
05.05.2026, 09:57 31

Rusiya Ermənistanı hədələdi

XƏBƏRLƏR
  • Rusiya Avropaya inteqrasiya yolunda qəti və sistemli addımlar atan Ermənistanı hərbi müdaxilə ilə təhdid edir. Moskva uzun illər özünün forpostu hesab etdiyi Ermənistanı Ukraynanın taleyi ilə hədələyib.

"Vətən səsi" xəbər verir ki, Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitinin davam etdiyi vaxtda Rusiyalı Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev Ermənistanı hədələyib. O, deyib ki, Avropa Siyasi Birliyinin bu sammit Fransa və Ermənistan hakimiyyətlərinin reytinqlərini yüksəltmək, eləcə də ictimai diqqəti İrəvanın başı üzərindəki fəlakətli şəraitdən yayındırmaq məqsədi daşıyır.

Tolmaçev hesab edir ki, Ermənistan tarixi səhvə yol verərsə, Ukraynanın taleyini yaşaya bilər. O, deyib ki, tarixi və mədəni kökləri ilə Rusiyaya bağlı olan Ermənistan  Avropa süfrəsində yem kimi istifadə olunmaq riski ilə üz-üzədir.

Rusiyalı deputat onu da iddia edib ki, Ukrayna ordusuna və iqtisadiyyatına dəstək mövzusu tamamilə əsassızdır: "Əslində Avropa Kiyev və İrəvanda özləri üçün əldə edə biləcəkləri resurslara diqqət edirlər. Bir məqsəd var: “ardıcıl birlik” illüziyası yaratmaq. Lakin bu mümkün deyil, çünki Avropanın nə Ermənistan, nə də Ukrayna ilə bərabər səviyyədə danışıqlar aparmaq niyyəti var".

Elxan SALAHOV

Oxşar xəbərlər