05.05.2026, 12:18
AZ EN
05.05.2026, 10:36 116

Orxan Məmmədov: "İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır"

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş əraziləri böyük iqtisadi potensiala malikdir və aqrar sektorun inkişafı üçün yeni imkanlar açır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə torpaqların münbit, iqlim şəraitinin əlverişli olması, geniş resurs bazasının mövcudluğu kənd təsərrüfatı və qida sənayesinin inkişafı üçün əlavə üstünlüklər formalaşdırır: "Bu ərazilərin investisiya cəlbediciliyi də yüksəkdir. Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması qarşıdakı illərdə qida sənayesinə, nəticədə isə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Ümumilikdə aqrar sahənin inkişafı həm regionların sosial-iqtisadi dirçəlişinə, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir". (Report)

Oxşar xəbərlər