08.09.2024, 07:20
AZ EN
05.10.2022, 13:31 322

Sevindim ki, şagirdimlə çiyin-çiyinə döyüşürəm

XƏBƏRLƏR
  • Vətəninizin işğal olunmuş torpaqlarını öz canı, qanı bahasına azad edən şəhid və qazilərimiz arasında müəllimlər də var.

Onlarla söhbət də olduqca maraqlı və qürurludur.

Bəli, onlar sadəcə sinif otaqlarında deyil, 44 günlük Vətən müharibəsində ön cəbhədə də vətənpərvərlik dəsri keçdilər. Qeyd edək ki, ümumilikdə, ölkə üzrə 720 təhsil işçsi İkinci Qarabağ müharibnəsində iştirak edib, onlardan 20 nəfəri şəhid olub. Təkcə paytaxtdakı məktəblərdən 38 nəfər müəllim Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib.

Ülvi Qurbanov, fiziki tərbiyə müəllimi:

-Mən 2016-cı il Aprel döyüşərində də iştirak etmişdim. Biz Hadrut istiqamətində döyüşə girəndə artıq döyüş yoldaşlarımızda necə deyərlər, bir rahatlaşma prosesi baş verdi. Mən orda komandirimə bildirdim ki, bu döyüşdü, hər saniyə hər şey ola bilər, şəhid də ola bilərik, qazi də...Ona görə də döyüşdə iştirak etmək asan deyil.  Qələbədən sonra geri qayıtdım. Çox sağ olsunlar, məktəbimizin direktoru, şagirdlərim. İndi tədbirlərdə şagirdlərə bizi nümunə, örnək göstərirlər. Bu da bizim üçün böyük qürur və fərəh hissidir.

Döyüşlərə yüksək əhval-ruhiyyə ilə yollansalar da müəllimlər yenidən çalışdıqları məktəblərə, dərs keçdikləri sinif otaqlarına qayıdacaqlarını bilmirdilər. Lakin hər biri əmin idi ki, onların müharibədə göstərdikləri şücaəti dillərdə dastan olacaq.

Elvin Səlimov, informatika müəllimi:

-Biz ilk şəhidi verəndən sonra artıq dərk elədik ki, bura sinif otağı deyil, döyüş bölgəsidir. Döyüşlərin başlamasından bir neçə gün sonra mənə məlum oldu ki, digər bölmələrdən birində mənim şagirdlərimdən biri həqiqi hərbi xidmət keçir. Mən həmin şagirdin yanına getmək istədim, təbii ki, müxtəlif istiqamətdə olduğumuzdan biz həmin gün görüşə bilmədik. Sonra həmin şagirdimi görüb sevindim ki, mən şagirdimlə çiyin-çiyinə döyüş meydanındayam. Bunun özü başqa bir hissdir, sözlə ifadə etmək mümkün deyil. Müəllim təkcə sinif otağında deyil, həm də döyüş meydanında şagirdləri üçün nümunədir.

Döyüşlərə yüksək əhval-ruhiyyə ilə yollansalar da müəllimlər yenidən çalışdıqları məktəblərə, dərs keçdikləri sinif otaqlarına qayıdacaqlarını bilmirdilər. Lakin hər biri əmin idi ki, onların müharibədə göstərdikləri şücaəti dillərdə dastan olacaq.

Elnur Xəlilov, fiziki tərbiyə müəllimi:

- Sentyabrın 29-da ön cəbhədə kəşfiyyatçı idim. Füzuli, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak eləmişəm. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə sol ayağımdan yaralandım, diz bağım qırılıb və yanıb. Qürurluyam, çünki Vətənimizin işğaldan azad olunmasında az da olsa mənim də əməyim var. Bu 30 ilə yaxın bir zamanda sinəmizdə gəzdirdiyimiz  üçrəngli müqəddəs bayrağımız bu gün doğma yurdlarımızda dalğalanır. Arzum budur ki, bir daha bayrağımız endirilməsin, doğma dədə-baba yurdlarımıza düşmən ayağı dəyməsin. Uşaqlarımızın gələcəyi gözəl olsun. Şagirdlərimiz ali təhsilli mütəxəssis kimi doğma yurdlarımıza dönüb böyük coşqu ilə işləsinlər, qurub-yaratsınlar. Şərqi Zəngəzurumuzun, Qarabağımızın gözəlliyi yenə də dillərdə dastan olsun.

Bu gün ən çox elə sizin gününüzdür, şərəfli peşənin layiqli davamçıları. Şəhadətə ucalan, qazi olub peşələrini yenidən təhsil ocaqlarımızda davam etdirən dəyərli müəllimlər, gününüz mübarək!   

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər