28.04.2025, 14:59
AZ EN
05.05.2023, 07:00 283

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm müsabiqəsi yekunlaşıb

XƏBƏRLƏR
  • Ağdam rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm müsabiqəsi yekunlaşıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM), Ağdam Rayon İcra Hakimiyyətinin və Ağdam rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun tədbirində əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Sonra məktəblilərin çəkdikləri rəsmlərin sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanıb. Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Ulu öndər Heydər Əliyev və uşaqlar” adlı sənədli film nümayiş olunub.

Tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova çıxış edərək, rəsm müsabiqəsi barədə məlumat verib, müsabiqədə fəal iştirak edən məktəbləri elan edib.

Tədbirin sonunda 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplom və hədiyyələr təqdim edilib. (AZƏRTAC)

Oxşar xəbərlər