Tədbirdə klubun təsisçisi və prezidenti Nural Əliyev çıxış edərək TCCAU-nun fəaliyyəti barədə qonaqları məlumatlandırıb.
Xəzər İbrahim çıxışında Azərbaycanın tarixi, əldə etdiyi nailiyyətlər və gələcək planları ilə bağlı iştirakçıları maarifləndirməklə yanaşı, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, o cümlədən Azərbaycanın regional və qlobal səviyyəli məsələlərdəki rolu barəsində qonaqlara ətraflı məlumatlar verib.
Səfir Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr barədə danışıb.
O, eyni zamanda Azərbaycanın Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri, Ermənistanla münasibətlərin normallaşması istiqamətində aparılan işlər barədə iştirakçıları məlumatlandırıb.
Görüşdə səfir bir çox məsələlərlə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirib.("Report")