09.06.2025, 16:55
AZ EN
22.11.2023, 08:23 385

Laçın sakini: 83 yaşımda doğma yurdum Laçını görmək məndə ruh yüksəkliyi yaradır

XƏBƏRLƏR
  • 83 yaşımda doğma yurdum Laçını görmək, Laçında yaşamaq məndə ruh yüksəkliyi yaradır.

Bunu Laçın sakini Şükürov Vaqif deyib.

Onun sözlərinə görə, tarixdə indiyə kimi belə bir hadisə təkrarlanmayıb ki, bir dövlətin 20% ərazisi başqa bir dövlət tərəfindən 28 il işğal olunsun və 28 il işğaldan sonra o ərazi geri alınsın. Əslində bunun özü bir möcüzə sayıla bilər.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Silahlı Qüvvələrimizin Ali Baş Komandanını qorusun.

Bütün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdaraq yaşamalarını arzulayıram”, - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər