18.10.2024, 10:32
AZ EN
22.06.2024, 15:58 271

Cəbrayıl rayon Tatar kənd tam orta məktəbilisi “Qərbi Azərbaycana qayıdış” olimpiadasında qızıl medala layiq görülüb

XƏBƏRLƏR
  • 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunub. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işi aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın final mərhələsində Azərbaycanın 11 şəhər və rayonu üzrə 36 şagird bilik və bacarığını sınayıb. İştakçılar arasından 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yer olmaqla 18 qalib seçilib.
Qaliblər arasında Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin X sinif şagirdi Baxşəliyeva Aytac Şahin qızı qızıl medala layiq görülüb.
Məktəblini təbrik edir və uğurlar arzulayırıq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər