Ağamirzə Gülməliyev 2 aprel 2002-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağabəy Gülməliyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qaradağ rayon 180 nömrəli tam orta məktəbdə və 8 saylı peşə liseyində təhsil almışdır. Subay idi.
O, 2020-ci il iyulun 6-da hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda Ağamirzə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində gedən döyüşlərdə iştirak edib. Əsgər Ağamirzə Gülməliyev 2020-ci il oktyabrın 1-də həmin döyüşlərdə qəhrəmancasına şəhid olub.
18 yaşlı qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda, "Cəsur döyüşçü", "Suqovuşanın azadlığına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ