20.09.2024, 00:18
AZ EN
17.05.2023, 22:23 287

Hərbə həsr olunan ömür

XƏBƏRLƏR

Teymur Mütəllim oğlu Əliyev 6 dekabr 1979-cu ildə Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olmuşdur. O, Horadiz şəhəri, Mahir Səfərov adına 1 saylı tam orta məktəbi bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra MAHHXHQ kiçik çavuş kimi xidmətini davam etdirmişdir. Zəfərlə başa catan Vətən müharibəsində Teymur Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşmüşdür. Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Teymur Əliyev "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "İgidliyə görə" medalları ilə təltif edilmişdir. Ailəlidir, üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR