20.09.2024, 20:27
AZ EN
01.07.2024, 09:58 246

“Qarabağ” ordenli şəhidimiz Elçin Tağıyevin doğum günüdür

XƏBƏRLƏR
  • Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Şanlı Vətən Müharibəsi qəhrəmanlarından biri də şəhid kapitan Tağıyev Elçin Ağaqulu oğludur. Bu gün qəhrəman şəhidimizin doğum günüdür.

O, 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad кəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı dostu baş leytenant Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edərək öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirib.

Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Biləsuvar rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Tağyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun üç övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər