23.11.2024, 02:00
AZ EN
07.02.2024, 13:54 267

Xankəndi sakini: Qalib ölkənin vətəndaşı kimi səs vermək qürurvericidir

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Buna görə hər bir qarabağlı kimi, mən də qürur duyuram. Qalib xalqın vətəndaşı kimi səsvermə prosesində iştirak etmək mənim üçün fəxrdir.

Bu sözləri 112 saylı Xankəndi seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Xankəndi sakini Anar Rzayev deyib.

O vurğulayıb ki, seçkilər şəffaf şəkildə keçirilir, onun səsvermə hüququ ən yaxşı formada təmin edilib. Seçkilərin ölkəmiz üçün taleyüklü məsələlərdən biri olduğunu vurğulayan A.Rzayev Azərbaycanda bu sistemin də yüksək inkişaf yolu keçdiyini qeyd edib. Bir vətəndaş kimi millətimizin ən düzgün qərar verəcəyinə inanan seçici qalib xalqın qalib vətəndaşı olaraq səsvermədə iştirak etməsinin onun üçün qürurverici hiss olduğunu söyləyib. (AZƏRTAC)

Oxşar xəbərlər