21.09.2024, 08:29
AZ EN
16.01.2024, 11:32 258

Azad edilmiş ərazilərdə 1138 nəfərin məşğulluğu təmin olunub

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərə köçürülən 1138 nəfərin məşğulluğu təmin olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 798 nəfərin məşğulluğa cəlb edilməsi istiqamətində iş aparılır.

A.Əliyev xatırladıb ki, 2023-cü ilin 1 yanvar tarixindən etibarən işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət təsis edilib. Həmin müavinətin məbləği 600 manatdır. (Report)

Oxşar xəbərlər