05.12.2024, 06:57
AZ EN
08.01.2024, 14:02 253

Axı kim belə kənddə yaşamaz...

XƏBƏRLƏR
  • Əslən Qərbi Azərbaycanın Əştərək rayonunun Sarımsənək kəndindən olan Mustafa Zeynalov Qərbi Azərbaycan Televiziyasına keçmiş xatirələrindən, doğma yurd yerlərindən danışıb. M.Zeynalov doğulub boya-başa çatdığı Sarımsənək kəndindən çəkilmiş videoya diqqəti çəkərək bir-bir qonşularının, qohumlarının, özlərinin və  nənəsigilin evini göstərir.

Qərbi Azərbaycandan olan soydaşımız kənddən danışdıqca oranın necə gözəl təbiəti olduğunu dönə-dönə vurğulayır. “Axı kim belə yerdə yaşamaz”, - deyir. M.Zeynalov bildirir ki, onların Sərimsəvəng kəndindən İrəvana 15 qəpiklik avtobus işləyirdi. Kənddən İrəvana 5 kilometr məsafə var idi. Bu kənddə əvvəllər 40 azərbaycanlı evi olsa da, son vaxtlar onların sayı azalıb 21 ev olmuşdu.

M.Zeynalov onu da deyir ki, Qərbi Azərbaycanda, doğma kəndlərində onların çox gözəl şəraiti, yaxşı dolanışıqları olub.

“Prezidentimizin təşəbbüsü ilə inşallah gedib yenə öz yurdumuzda yaşamaq istəyirəm”, – deyən Mustafa kişi Əştərək rayonundakı kəndləri də bir-bir göstərərək onların adlarını sadalayır. Üşü, Ucan, Qoytul, İlançalan, Hamamlı, Təhkiyə...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər