29.04.2025, 21:01
AZ EN
26.04.2023, 22:17 271

Qəhrəman elə qəhrəman doğulur

XƏBƏRLƏR

Həyat elə gətirdi ki, dünyamız qanlı müharibə meydanına döndü. Erməni lobbisi, onların havadarları doğma torpaqlarımızın işğalı üçün bütün vasitələrdən, o cümlədən müharibədən istifadə etdilər. Yurd yerlərimiz işğal olundu. Yaşından asılı olmayaraq hamının yeganə arzusu azadlıq idi. Zaman gəldi arzular gerçək oldu. 27 sentyabr 2020-ci ildə başlayan savaş Müzəffər Ordumuzun Qələbəsi ilə başa çatdı.  Bu qələbədə əməyi olan oğullardan biri də Bayram Şamxal oğlu Bayramlıdır. O, 1 yanvar 1993-cü ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olmuşdur. Orta təhsilini də həmin kənddə başa vurmuşdur. Həqiqi hərbi xidmətini Quru Qoşunlarında etmişdir. 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda döyüşlərində qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı İlə Bayram "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə","Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Üçüncü dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər