25.04.2025, 20:42
AZ EN
30.12.2023, 10:16 398

Laçında daha bir zavod tikilir

XƏBƏRLƏR

Laçında termotaxta istehsalı ilə məşğul olan böyük zavod açılacaq.

"Vətən səsi" xəbər verir ki, bunu  döşəmə və termotaxtaların istehsalı ilə məşğul olan ”Komiforest” şirkətinin meneceri Aygün Rzayeva deyib. O əlavə edib ki, zavodun 2 hektar ərazidə qurulması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində döşəmə və termotaxtaların istehsalı ilə məşğuldurlar.

”Komiforest” Azərbaycanın termotaxta və döşəmə istehsalı ilə məşğul olan yeganə şirkəti, Qafqazın isə ən böyük şirkətidir. Termotaxtalar hər iqlim şəraitinə uyğundur, xüsusi aparatlarda xüsusi prosedurlardan keçərək 200 dərəcədə bişirilir. Ona görə də taxtanın canlılığı ölür və deformasiyaya uğramır”, - deyə Aygün Rzayeva əlavə edib.

Xatırladaq ki, "Böyük Qayıdış proqramı"nın ın ilk ünvanlarından olan Laçında hazırda bir neçə kiçik istehsal müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri də yenicə inşa edilmiş yuyucu tozu istehsalı müəssisəsidir. Bu, müəssisə gün içində 10 tonluq məhsulu istehsal etmə gücünə malikdir. Müəssisənin gələcəkdə ay ərzində 250-300 min manatlıq istehsal gücü olacağı planlaşdırılır ki, bu da Laçına köçürülən yerli sakinləri işlə təmin olunması üçün mühüm amillərdən hesab olunur.

Elxan SALAHOV

 

Oxşar xəbərlər