19.10.2024, 02:17
AZ EN
29.05.2024, 10:54 269

Timur evin tək övladı idi…

XƏBƏRLƏR
  • Timurgilin ailəsi Özbəkistanda yaşadığından o bu ölkədə dünyaya gəlib. Ancaq 1998-ci ildə onalar yenidən dogma Azərbaycana qayıdıblar. Timur evin tək övladı olmasına baxmayaraq hərbçi olmağa qərar verib. Torpaqlarımızın işğalı ilə barışmayan oğlunu görən ata nəinki buna qarşı çıxıb, əksinə özü onun hərbçi olmağına dəstək verib.

Timurun iki qız övladı var, müharibə başlayanda böyük qızının 6, balacanın isə 4 yaşı vardı. Sentyabrın 26-da gecə saat 11 radələrində evə gəlib və görüb ki, uşaqları yuxudadır. Yoldaşına deyib ki, uşaqlarla şəkil çəkdirmək istəyir. Onları oyadıb şəkil çəkdirib, amma döyüşə getməyi barədə evdə heç nə deməyib...

Atası deyir ki, gördüm ki, oğlum torpaqlarımızın işğalından narahatdır, ona hərbçi olmağı məsləhət gördüm, o da razılaşdı. Vətən anadı, oğul Vətən üçündü. Onunla fəxr edirəm!

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, çavuş Timur Nurəddin oğlu Əliyevin doğum günüdür. O, 1984-cü il mayın 29-da Özbəkistanın Çirçig şəhərində anadan olub. 1998-ci ildə ailəsi Azərbaycana qayıdıb və Bakıda yaşamağa başlayıb. Timur orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə məktəbi bitirib. Timur Əliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Timur Əliyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Timur Əliyev "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər