Müəllifin, xüsusilə, bu mövzuya aid araşdırmaları elmi ədəbiyyatda geniş istifadə olunmaqdadır və milli maarifçilik mühiti anlayışı artıq siyasi məna yükü daşımaqdadır. Qərbi Azərbaycan anlayışının ermənilər ücün təsir gücünü sübut etməyə ehtiyac yoxdur. Bu istiqamətdə istənilən araşdırma, tarixi faktların ortaya çıxarılması, o yerlərin sahiblərinin mədəni həyatı, təhsilə münasibəti, bütövlükdə yerli xalqa məxsus dəyərlər sisteminin formalaşdırılması xüsusi əhəmiyyətə malikdir. Bütün bu deyilənlər müəllifin hədəfində bütövlükdə Qərbi Azərbaycan əhalisinin milli mənsubiyyəti dayanır. Qərbi Azərbaycanda Milli Maarifçilik Mühiti anlayışına müəllifin müraciət etməsi göründüyü kimi daha böyük hədəflərə işıq saçmaq üçün bir xətt olaraq keçir.
Müəllif ustalıqla millətin kökünün o yerlərə mənsubiyyətini isbatlamaq ücün məhz maarifçilik xəttini əsas xətt kimi götürür və hədəfə doğru fəaliyyətini genişləndirir. Qərbi Azərbaycanda Milli Maarifçilik Mühiti kimi anlayışın elmi - bədii ədəbiyyata gətirilməsi, kütləvi istifadə üçün mənbə kimi gələcəkdə digər araşdırmaçılara yol xəritəsi kimi istifadə olunması bu istiqamətdə yeni- yeni araşdırmalara yol açacağı şübhə doğurmur. Müəllifin ideyası, baxışları, yüksək qiymətləndirilməli, bu xəttin siyasi tərəflərinin alt qatda olduğu unudulmamalıdır.
Müəllifə mübarizəmizin zərbə gücünü daha da artırmaq ücün fundamental araşdırmalarını davam etdirməsi üçün yüksək enerji arzulayır, onu yeni kitabının işıq üzü görməsində ürəkdən təbrik edirik.
Tahirə AĞAMİRZƏ