Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak edib.
İcra başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.
Səyyar qəbulda 25 nəfər iştirak edib.
Mina RƏŞİD