22.11.2024, 01:47
AZ EN
16.11.2023, 17:00 293

Tarix və Etnologiya İnstitutunun əməkdaşı: Ermənilər işğal dövründə Şahyeri abidəsinə xaç rəsmləri yerləşdiriblər

XƏBƏRLƏR
  • “Azərbaycanın mədəni irsinə qarşı müxtəlif beynəlxalq təşkilatlarda erməni iddiaları səngimək bilmir. Ermənistan dövləti Azərbaycanın tarix və mədəniyyət abidələrinə sahib çıxmaqla ermənilərin Cənubi Qafqazda köklü bir xalq olduğunu isbatlamağa çalışır”.

Bunu AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib. O bildirib ki, ermənilərin sahib çıxmaq istədikləri abidələrdən biri Xocavənd rayonunun Şahyeri kəndinin cənub hissəsində yerləşir: “Abidənin divarı üzərindəki yazıda onun 1865-ci ildə tikildiyi göstərilir. Məbəd düzbucaqlı planda tikilən, şərq hissəsində yarımdairəvi apsi olan damı tağlı bazilikadır. Binanın giriş qapısı cənub tərəfdədir. Binanın içərisi cənub və şərq divarlarında açılan iki kiçik pəncərə ilə işıqlandırılır. Məbəd yerli pud daşlar və əhəng məhlulu ilə tikilib. Binanın tağları, qapı və pəncərələrin ətrafı yonulmuş və cilalanmış daşlarla işlənib. Məbədin qərb hissəsində və digər ətraf ərazilərində köhnə tikililərin xarabalıqları indiyədək qalır”.

Faiq İsmayılov qeyd edib ki, abidə işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalıb. Bina 2014-cü ildə “təmir” edilərək öz əzəli görkəmindən məhrum edilib. Təmir zamanı abidənin çardağı hündürləşdirilib, qapının üzərindəki divar yazısı erməni yazısı ilə əvəz edilib, xarici divarların künclərində və binanın daxilində erməni dilində yazılar və xaç rəsmləri yerləşdirilib.

Abidənin yaxınlığında uzunluğu 6,1 metr, eni 3,6 metr, giriş qapısı cənubdan olan daha bir sovmənin olduğu müşahidə edilir. Sovmənin divarında onun 1875-ci ildə tikildiyi yazılıb. Hər iki abidənin yerləşdiyi ərazinin ətrafında köhnə qəbiristanlıq var. Birinci abidədə olduğu kimi, ikinci abidəyə də işğal dövründə ermənilər tərəfindən xaç rəsmləri və yazı yerləşdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR