525.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, bu gün Qərbi Azərbaycana qayıdış ən ciddi məsələlərdən biridir: “Bizim ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır. Hesab edirəm ki, bu məsələyə alimlərimiz və Elm və Təhsil Nazirliyi diqqətlə yanaşmalıdır. Hökmən bu məsələ ilə əlaqədar çalışmalıyıq. Digər məsələ isə 1988-ci ilin sonunadak Qərbi Azərbaycanda yaşayan insanların sayının getdikcə azalmasıdır. Mən media nümayəndələrinə müraciət edirəm ki, qərbi azərbaycanlılarla bağlı filmlər çəksinlər və yaxud yazılar yazsınlar”.
Hazırladı: Mina RƏŞİD