Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Rauf Abbasov söyləyib.
Laçına köçən sakin ana, ata yurduna qayıtdığı üçün çox həyəcanlı olduğunu bildirərək deyib: “Yaxınlarımın qəbri Laçında olduğundan ora qayıtmaq həm də mənəvi cəhətdən əhəmiyyətlidir”.
Torpaqlarımızın işğaldan azad edilməsində əməyi keçən hərbiçilərimizə minnətdarlığını bildirən həmsöhbətim Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib. (AZƏRTAC)