25.04.2025, 16:14
AZ EN
19.09.2023, 15:18 344

Xalqımız belə oğulları ilə fəxr edir

XƏBƏRLƏR
  • Göyçə mahalı təkcə aşıqlar, sazbəndlər yetirməyib, həm də böyük bir ziyalı, dünya şöhrətli alim, elm adamları  yetirib...

Tanınmış alim, həkim Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəlikləri kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru  Bayramov da qədim-qaim Göyçə mahalnın yetirməsidir. 1963-cü il sentyabrın 17-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olan Nuru Bayramov xalqının, Vətəninin, millətinin fəavadar, fədakar, təəssübkeş övladlarından biridir... Şərəfli peşəyə sahib olmaq, onu əməlləri, qabiliyyəti ilə daha da şərəfləndirmək böyük səbr, güc, istedad və elinə, obasına, yurduna, torpağına sədaqətli olması böyük önəm daşıyır. Belə insanlar hər harda yaşasalar da, işləsələr də öncəki vəzifələri Vətənin adına layik əməllərə sahib olmaq olur. Nuru Bayramov təkcə öz elinin, yurdunun fəxri deyil, o, bütün xalqğmızın fəxridir. sevimlisidir. O, həm elmi nailiyyətlərini. Həm insani keyfiyyətlərini zərrə-zərrə, damla-damla mir bir zəhmətlə qazanıb. Özlüyündə zəhmət insanı ucaldır, fikrini həmişə əsas tutub və çəkdiyi zəhmətinin şərəfli peşənin ona yaşatdığı elmi ixtiralarının bərhəsini verəndə dadıb...

O, 1970-ci ildə Nərimanlı kənd orta məktəbinə gedib, 1980-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci mqalicə-profilaktika fakültəsinə daxil olub, 1986-cı ildə bu fakültəni “Lenin adına təqaüdçü” və cərrahiyyə ixtisası üzrə fərqlənmə tiplomu ilə bitirib.

1986-198-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci Cərrahi Xəstəliklər kafedrasında lkinik ordinatura keçmiş, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Cərrahiyyə” ixtisası üzrə aspiranturaya daxil olub, 1991-ci ildə Moskva Tibb Akademiyasının aspiranturasını vaxtından əvvəl bitirərək “Tədqiqatçı həkim” statusu alıb.

1991-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasında "Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi" adlı dissertasiya mövzusunu müdafiə edərək "tibb elmləri namizədi" (PhD) elmi dərəcəsini almışdır.

1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. Qarabağ müharibəsi dövründə yaralılara Tərtər hərbi hospitalında və arxa cəbhədə cərrahi xitmətin göstərilməsində aktiv iştirak etmiş, Xocalı soyqırımı zamanı donmuş insanların müalicəsində yenilikçi fəaliyyət göstərmişdir.

1994-cü ildə "Qaraciyər cərrahiyyəsi və transplantasiyası" mövzuları üzrə elmi tədqiqat işləri aparmaq, "Laparoskopik, qastroentoroloji və onkoloji cərrahiyə" üzrə praktik təcrübə keçmək üçün Türkiyə Respublikasına ezam edilmişdir. 2000-ci ilə qədər Yüksək İxtisas Xəstaxanasında, Başkənd Universiteti Orqan Nəqli Klinikasında və Ankara Universiteti Cərrahi Onkologiya Bölümündə elmi-tədqiqat işləri aparmış və praktik təcrübə keçmişdir.

1996–1998 illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale Universitetlərinin Ümumi cərrahiyyə kafedrasında Dossent Doktor kimi, kafedra müdirü vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində iştirak etmişdir.

1999-cu ildə "Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası" mövzusunda dissertasiya müdafiə edərək "Tibb elmləri doktoru" elmi dərəcəsi almışdır.

2000-ci ildə Türkiyədə ixtisaslaşma keçmək üçün göndərilən Mərkəzi Klinik Xəstəxananın həkim və tibb bacılarına rəhbərlik etmişdir. 2001-ci ildən Azərbaycana qayıdaraq Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının təşkilində, kadr hazırlığında, ümumi laparoskopik və transplantasyon cərrahiyyənin yaradılmasında aktiv iştirak etmişdir.

2001-ci ildə Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi Xəstəliklər kafedrasında dossent, 2004-cü ildə professor, 2012-ci ildən isə kafedra müdiri vəzifəsinə seçilmişdir. 2015–2016-cı illərdə ATU Cərrahi Klinikasının direktor əvəzi vəzifəsində işləmişdir.

2014-cü ildə Tibb elmləri ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

2018–2020-ci illərdə Milli Məclisin Səhiyyə Komitəsində işçi qrupun üzvü kimi '''İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası''' qanununun hazırlanmasında faəl iştirak etmişdir.

2020-ci ildə ATU Cərrahiyyə Klinikasında, Dövlət Təhlükəsisliyi Xidmətinin Mərkəzi Hospitalında və Mərkəzi Gömrük Hospitalında II Qarabağ müharibəsi yaralılarına cərrahi xidmətin tədrisində, təşkilində və hayata keçirilməsində fəal iştirak etmişdir.

2020-2021-ci illərdə koranovirus xəstələrində cərrahi, transplantasyon və hepatoloji problemlərin həllində konstruktiv kömək göstərmiş, elmi-praktik işlərin təşkilində iştirak edib.

Tədqiqatlarının nəticələri 450-dən çox elmi əsərə o cümlədən 185 məqaləyə. 40 kitaba, 14 medodik tövsiyəə, 11 ixtira və səmərələşdirici təklifə, 252 beynəlxalq konqres və simpoziumlarda məruzəyə, 8 fəssəfə doktorunun hazırlanmasına sığışdırmağa nail olub.

2019-cu ildə Ginnesin rekordlar kitabına düşən qaraciyər Transplantasiyası əməliyyatının iştirakçısı olan Nuru Bayramov lazerlərin cərrahiyyədə tətbiqi. Təcili və hərbi səhra cərrahiyyəsi üzrə tədqiqat işləri aparıb. Alimin əsas elmi istiqamətini qaraciyər cərrahiyyəsi və orqan transplantasiyası, laparoskopik cərrahiyyə, eləcə də kök hüceyrələri, genetik biomarkerlər, elastoqrafiya üzrə aparılan tədqiqatları təşkil edir.

Vətənvərvər alimimiz müharibə veteranıdır. 1994-cü ildə Tərtərdə Hərbi Səhra Hospitalında cərrah kimi xidmət gösdtərmişdir. 2020-ci ildə Vətən müharibəsi dövründə ATU TCK, Mərkəzi DTX və Mərkəzi Gömrük hospitallarında yaralılara cərrahi yardımın təşkilində aktiv fəaliyyət göstərib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər