Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramız Həsənov, icra hakimiyyəti aparatının işçiləri,YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Azərbaycan Mətbuat Şura-sının sədri Əflatun Amaşov, ehtiyatda olan polkovnik-yazar Azər Hacıbəyli, ehtiyatda olan mayor-yazar Əli Bəy Azəri, kitabın sponsoru, xeyriyyəçi Azər Xudiyev, şəhid ailələrinin üzvləri, müharibə veteranları, AYB Zəngilan rayon şöbəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər kitab haqqında xoş sözlər söyləyib, müəllif Salam Cavadlıya yeni yaradıcılıq uğurları arzulayıblar.
Xatırladaq ki, kitab 44 günlük Vətən müharibəsi şəhidlərinə və qazilərə həsr olunub.