Zöhrab ata babasının adını daşıyırdı. Doğmları deyirlər ki, indi o bu adı daha yüksəklərə qaldırdı...
Bu gün şəhid Zöhrab Azad oğlu Kərimovun doğum günüdür. O, 14 avqust 2003-cü ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. H.Əliyev adına Ali Hərbi Akademiyasının aviasiya ixtisasına yiyələnmişdi.
Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Kərimov 2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 2022-ci il sentyabrın 14-də böyük izdiham və ehtiramla doğma Biləsuvarda torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zöhrab Kərimov ölümündən sonra “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Zöhrab balamız!
Mina RƏŞİD