11.09.2025, 08:50
AZ EN
15.09.2023, 10:53 346

Füzuli sakini: Doğma yurdumu yenidən dirçəltmək üçün əlimdən gələni edəcəyəm

XƏBƏRLƏR
  • Otuz ildən sonra doğma yurdumuza qayıtdığımız üçün çox şadıq. Füzulidən çıxanda 13 yaşım var idi. İndi isə doğma yurduma qayıdıram. Bu gözəl hissləri sözlə ifadə etmək çox çətindir.

Bu sözləri 30 ildən sonra ata-baba yurduna qayıdan Füzuli sakini Mirkərim Yaqubov deyib.

“Bakıya gələrkən çox çətin günlər keçirdik. O anları xatırlamaq məni kövrəldir. Nəhayət Füzulimə qayıdıram. Dədə-baba yurdumun inkişafı naminə qurmaq, yaratmaq lazımdır. Gözəl diyarımı yenidən dirçəltmək üçün əlimdən gələni edəcəyəm. Doğma torpaqlara çatanda ilk olaraq qohumlarımın qəbirlərini ziyarət etməyə çalışacağam. Bizə bu xoşbəxtliyi bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm”, – deyə Füzuli sakini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər