Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şəriflə keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, artıq yarıdan çoxunun ərazi planlaşdırılması başa çatıb.
“2024-cü ilin sonu 2025-ci ilin əvvəlinə planlaşdırılma tam başa çatacaq. 2026-ci ildə biz bu fəaliyyəti tam olaraq bitirəcəyik. Ümumdünya Şəhərsalma Forumun Bakıda keçirilməsi real nəticələrimizi göstərmək üçün fürsət olacaq. Forum iştirakçıları istəyə uyğun görülən işləri müşahidə edə biləcək”,- deyə A.Quliyev əlavə edib.
Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir. (Trend)