21.11.2024, 14:11
AZ EN
17.06.2022, 10:20 383

Ağdam rayonunda indiyədək 7827,7 hektar sahədə yazlıq əkin həyata keçirilib

XƏBƏRLƏR
  • Ağdam rayonunda yaz tarla işləri davam edir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, yüksək məhsuldarlıq üçün torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, iyun ayının 1-dək 7827,7 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 2421,3 hektarı pambıq, 3027 hektarı tərəvəz, 264 hektarı kartof, 77 hektarı bostan bitkiləri, 154 hektarı qarğıdalı, 1836 hektarı çoxillik otlar, 48,4 hektarı şəkər çuğundurudur.

Hazırda yazlıq bitkilərin becərilməsi işləri, eləcə də ötən ilin payızında səpilmiş arpanın biçini davam edir. (AZƏRTAC)

Oxşar xəbərlər