20.09.2024, 00:22
AZ EN
04.08.2023, 09:25 322

“Böyük Qayıdış” Gənclər Təşkilatı ANAİB ilə birgə layihəsini davam etdirir

XƏBƏRLƏR
  • “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Libraff” kitab evində tanınmış yazıçı, Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.

 Görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının müzakirəsi əsasında təşkil edilib.

Tədbirdə iştirak edən gənclər əsər haqqında müəllifdən məlumat alıb, fikir mübadiləsi aparıb və onları düşündürən suallara cavab tapıblar. Görüş iki saat davam edib.

Qeyd edək ki, “Qırmızı ləçəklər” romanı Milli Qəhrəman Əlif Hacıyevin  Belarusda başlayıb Xocalıda bitən müdhiş sevgi hekayəsindən bəhs edən, erməni vəhşiliklərindən və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarından bəhs edir. Əsər oxucuların marağına səbəb olub. Elə buna görə də roman təkrar nəşr edilərək, kitabsevərlərin ixtiyarına verilib. 

Tədbirdə təşkilatların gənc auditoriya ilə gördükləri işlərin əhəmiyyətindən, kitab təbliğinə verdikləri dəyərdən də bəhs edilib, yazıçıya Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməkdə uğurlar arzulayıblar.

Görüşün sonunda tədbirdə iştirak edən gənclərə müəllifin imzası ilə kitabları hədiyyə edilib və xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ mövzusunda yazılmış əsərlərin müzakirəsi əsasında silsilə görüşlər həyata keçirilir. Həmin silsilədən olan bundan əvvəlki tədbirlər “Dolu” romanının və “Bütün yollar Şuşaya aparır” əsərinin gənclərin iştirakı ilə müzakirəsinə həsr olunmuşdu.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR