25.06.2025, 17:23
AZ EN
25.07.2023, 10:27 378

Erməni diversant: “Bizi düşmənçilik əlaqələrinə sövq edən xainləri tanıyıram”

XƏBƏRLƏR
  • Onlar müxtəlif təxribatlar törətmək məqsədilə Azərbaycan ərazisinə keçid ediblər. Saxta illuziyaya aldanaraq.

Qeyd edək ki, İctimai televiziyanın ərsəyə gətirdiyi və təqdim edəcəyi “Özgə torpaqlarda” filmi 44 günlük Vətən müharibəsi başa çatdıqdan, eləcə də üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə keçən erməni diversantlardan bəhs edir. Filmdə onların hansı səbəbdən, kimin istəyi ilə ölkəmizə gəlməsindən, məhkəmənin hökmü ilə məhkum edilən Ermənistan vətəndaşlarının etirafından və onlara Azərbaycanda göstərilən münasibətdən danışılır.

Erməni diversant deyir ki, mən təsəvvür edə bilməzdim ki, mənə yeməklər verəcəklər, yuyuna bilərəm. Hər bir şeylə təmin olunmuşam və başımın üstündə dam var. Buna görə minnətdaram. Digər erməni diversant isə bildirir ki, günahkarlar çoxdu: “Ermənistana qayıdanda kimlər olduğunu biləcəyik. Bir neçəsi var, adlarını konkret demək istəmirəm. Amma adamlar var ki, bilərəkdən  bizi ora gətiriblər, aldadıblar”.

“Həbsdə olan müddətdə hər şeyi başa düşməyə zaman və iş lazımdır. Mən inanıram ki, sülh şəraitində yaşaya bilərik. Lakin sülh üçün  zaman lazımdır. İki xalqın bu istiqamətdə çalışması lazımdır, düzdür, bu uzun  çəkəcək. Çünki biz uzun  müharibədə düşmənçilik münasibətlərində olmuşuq. Bu, sülh müqaviləsindən və digər  addımlardan sonra  bir ayın içində həll olunacaq məsələ deyil. Sülh müqaviləsi mümkündür. Bunu deyə bilərəm”, - deyə erməni diversant Sarqsyan İşxan Aşoti bildirib.

Qeyd edək ki, “Özgə torpaqlarda” filmi İctimai televiziyada yayınlanacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər