17.08.2025, 19:30
AZ EN
22.07.2023, 17:48 256

Mən də Vətən fədaisi

XƏBƏRLƏR
  • “Hələ uşaq yaşlarından qəlbimdə bir bütöv Azərbaycan vardı. Böyüdükcə bu hiss daha da artırdı. Zaman gəldi, arzum çin oldu. Müqəddəs savaşda iştirak etdim, arzuma çatdım”.

Bu sözləri 10 may 1995-ci ildə Lerik rayonunun Büzeyir kəndində anadan olmuş Babək Cəfərov deyir. Babək Lerik rayonu, M. Baxışov adına 3 saylı tam orta məktəbi bitirmişdir. Orta təhsildən sonra həqiqi hərbi xidmətə getmiş, Quru Qoşunlarında xidmət etmişdir. 44 günlük müharibədə könüllü əsgər kimi Füzuli, Xocavənd, Şuşa uğrunda döyüşmüşdür. O, Füzuli rayonunun Merdinli kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər