20.09.2024, 08:28
AZ EN
14.02.2023, 16:03 372

Taleyini hərbə bağlayan Taleh

XƏBƏRLƏR

Əslən Kəlbəcər rayonunun mərkəzi Kəlbəcər şəhərindən olan Bəylərzadə Taleh Qəhrəman oğlu 10 may 1995-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2001-ci ilin sentyabrında Gəncə şəhərindəki 13 saylı tam orta məktəbə daxil olub, 2012-ci ildə məktəbi bitirib, orta təhsillidir. Həqiqi hərbi xidmətə çağrılan Taleh ömrünü hərb işinə həsr etməyə qərar verib. O, Quru Qoşunlarında MAHHXHQ kimi xidmətə başlayıb. Hərb işini yaxşı bilən T.Bəylərzadə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb.  Kəlbəcər və Şuşa istiqamətindəki döyüşlərdə əsl şücaət göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Taleh Bəylərzadə "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR