29.03.2024, 11:36
AZ EN
13.05.2022, 16:22 481

Bu il 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstəklə təminatı işləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına kiçik təsərrüfat və müəssisələr yaradıblar.

Həmin şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla başa vurduqdan sonra seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunublar.

Oxşar xəbərlər