20.10.2024, 01:49
AZ EN
13.06.2023, 16:06 225

15 İyun - Milli Qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı dəyirmi masa keçirilib

XƏBƏRLƏR

Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və İlahiyyat İnstitunun birgə təşkiltaçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş günü münasibəti ilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı dəyirmi masa keçirilib. İlahiyyat İnstitutunda keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP İdarə Heyyətinin üzvü Asif Əsgərov,  YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin Strateji Planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, tibb elmləri namizədi Nağdəli Zamanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və Ulu Öndərin dövlətçiliyimizin inkişafında misilsiz xidmətlərindən bəhs edən sənədli filim nümayiş etdirilib.

Kəlbəcər rayon İH-nin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin xilaskarı kimi ağır bir  missiyanı öz üzərinə  götürmüş, xalqımızın və dövlətimizin parçalanmaq, yenidən əsarətə düşmək kimi ağır bir vəziyyətdən çıxarmağı bacarmış, güclü, müasir Azərbaycanın möhkəm təməlini qurmuşdu. Elə buna görə də, bu gün Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq aləmdə hörmət və nüfuz sahibinə çevrilir, qalib xalq kimi tanınır və siyasi sabitliyini saxılayır. Bu gün Azərbaycan Ulu Öndərin  siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkşaf edir, qarşıya qoyulmuş bütün hədəflərinə nail olur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər