28.04.2025, 14:34
AZ EN
16.12.2022, 15:51 368

Şuşa, Kəlbəcər və Laçında bu gecə qar yağacaq

XƏBƏRLƏR
  • Dekabrın 16-dan 17-nə keçən gecə Şuşa, Kəlbəcər və Laçında az qar yağacağı, səhərə doğru kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 17-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.

Oxşar xəbərlər