21.09.2024, 21:54
AZ EN
14.05.2023, 09:34 201

Ruhun şad olsun, Hüseyn!

XƏBƏRLƏR
  • Vətən Müharibəsi qəhrəmanlarından biri də, şəhid Rzayev Hüseyn Aslan oğludur. O, 1996-cı il may ayının 14-də Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olub. 2013-cü ildə doğma kəndlərində orta məktəbi bitirib. 2014-cü ildə hərbi xidmətə yollanıb. 2016-cı ildən müddətdən artıq hərbi xidmətini Gədəbəy ərazisində keçirib. 2020-ci ilin aprel ayından hərbidən tərxis olunub.

Hüseyn Rzayev 2020-ci il sentyabrın 21-dən yenidən Ordu sıralarına qoşulub və Vətən Müharibəsində bir döyüşçü kimi öz şücaətləri ilə seçilib. Müharibənin ilk günündən ona Motoatıcı manqa komandiri vəzifəsi verilib.
2020-ci il oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlərdə Hüseyn qəhrəmanlıqla şəhadətə ucalıb. Cəbhədəki həmin çətin anlarda doğmaları öz şəhidlərinin yolunu xeyli gözləməli olub. Özlərini oda-közə vurub günlərlə axtarışdan sonra Şəhidimiz noyabrın 23-də doğulduğu kənddə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Hüseyn Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Hüseynin atası da Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Əmisi deyir ki, torpaqlarımızın alınması uğrunda savaşda şəhid olmaq Hüseynin qisməti imiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz balamız Hüseynlə fəxr edirik.

Adı, hünəri ilə hamımızın qürur duyduğu igid Vətən oğlu Hüseyn Rzayevin bu gün doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər