21.11.2024, 23:05
AZ EN
16.11.2023, 10:09 297

Ceyhun Məmmədov: Erməni dilinin tədrisi vacibdir"

XƏBƏRLƏR
  • Bu gün gündəmdə olan  mövzularından biri də erməni dilinin öyrənilməsidir. Doğrudur, ictimaiyyət arasında buna qarşı bəzi narazılıqlar olsa da, bu vacib məsələdir. Düşmənin dilini bilmək, onun hiylələrini də öncədən bilmək deməkdir. Ümumorta təhsil müəssisələrində erməni dilinin tədrisi ilə bağlı söhbət  hər zaman  aktualdır. Bəzi mütəxəssislərin fikrincə, erməni dilinin tədrisi vacibdir, əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki,

biz müharibəni bitirsək də bu gün informasiya müharibəsi davam edir. Bu mübarizədə məğlub olmamaq üçün bizim erməni dilində yaxşı bilən mütəxəssislərə çox böyük ehtiyacımız olacaq: "Biz bu istiqamətdə çox ciddi iş aparmalıyıq ki, gənclər bu dili öyrənsin.

Hesab edirəm ki, kütləvi deyil, amma Azərbaycanda bir sıra məktəblərdə, xüsusilə də ali təhsil müəssisələrində erməni dilinin tədrisinə ehtiyac var. Bəzi təmayüllü məktəblərdə də bu dil tədris oluna bilər.

Millət vəkili daha sonra qeyd edib ki, Ermənistanı araşdıracaq tədqiqat mərkəzinin yaradılmasına ehtiyac var:

“Bu mərkəzdə Ermənistan araşdırıla, həm də erməni dili tədris oluna bilər. Hazırkı dönəmdə bu çox böyük əhəmiyyət daşıyan, vacib məsələlərdən biridir. Ermənistanda Azərbaycanı tədqiq edən mərkəzlər yaradılır, onlarda Azərbaycan dili tədris olunur. Gec qalmamaq üçün ölkəmizdə də bu istiqamətdə müvafiq işlər görülməlidir",- deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər