Artıq iki ildən çox bir zamanda torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən azad edilmişdir. Bu qələbədə payı olan igidlərimizdən biri də Xəzər Sərdar oğlu Abdullayevdir. O, 18 iyun 1989-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini Şuşa rayon 7 saylı tam orta məktəbində başa vurmuşdur. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrdə hərbin sirlərini öyrənmişdir. Vətən müharibəsində bir gizir kimi Cəbrayıl, Laçın istiqamətində döyüşərək əsl qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xəzər "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", İkinci dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyir, ailəlidir, III dərəcəli əlildir.
İsa Musayev