27.07.2024, 15:13
AZ EN
25.05.2024, 14:27 203

"İki Qəhrəman” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Bu gün "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən "İki Qəhrəman” kitabının təqdimatı keçirilib.

Məmmədtağı Abbasov və Azər Səlimovun müəllifliyi ilə ərsəyə gələn kitab Azərbaycan xalqının igid oğlu - Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun ömür və döyüş yolları tərənnüm edilir. Kitab faşizm üzərində qələbənin 80 illiyi münasibətilə hazırlanıb.

Tədbirdə çıxış edən kitabın həmmüəllifi Azər Səlimov bildirib ki, əfsanəvi kəşfiyyatçılar haqqında bu kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutullub.

Kitabda Azərbaycanın iki qəhrəman oğlundan bəhs edilir.

Məhəmmədhüseyn Əsədov “Tehran-43” konfransının təhlükəsizliyini yüksək səviyyədə təmin etmiş peşəkar kəşfiyyatçıdır. Lakin tarixin bu səhifəsini də ermənilər havadarları vasitəsilə öz xeyirlərinə yazmağa çalışmışdılar. Ancaq tarixi silmək olmaz. Məhəmmədhüseyn Əsədovun “Tehran-43” əməliyyatında iştirakı tarix üçün əvəzsizdi. Konfransda Almaniya kəşfiyyatının dövlət başçılarına qarşı edəcəkləri terror aktını məruzə vaxtında məlumat verməsi nəticəsində törədiləcək hadisənin qarşısı vaxtında alınır. Kitabda bu hadisə daha geniş işıqlandırılıb. Biz belə qəhrəman azərbaycanlımızın qəhrəmanlığını gələcək nəsillərə çatdırmalıyıq.”

Həmmüəllif Məmmədtağə Abbasov da kitabının əhəmiyyətindən danışıb.

O bildirib ki, kitab hərbi vətənpərvərlik mövzusundadır. Bizim qəhrəmanları hamı tanımalıdır. İllərlə Məhəmmədhüseyn Əsədovun göstərdiyi şücaət gələcək nəsillər üçün bir örnəkdir. Bu kitab qəhrəmanımızı yaxından tanımağa kömək edəcək.

Digər natiqlər də kitab haqqında öz fikirlərini bölüşüblər. (Trend)

Oxşar xəbərlər