Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.
Azərbaycanda da həkimlər və səhiyyə işçiləri hər il öz peşə bayramları günü ilə əlaqədar müxtəlif maarifçilik tədbirləri - seminarlar, tibb peşəsi ilə əlaqədar mühazirələr, sərgi və təqdimatlar keçirirlər.
Mina RƏŞİD