Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa söyləyib
O deyib ki, bu gün işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı prosesi ilə yanaşı Qərbi Azərbaycana qayıdış məsələsi də aktuallaşıb. Yeni formalaşacaq parlament Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dinc yolla reallaşması üçün hüquqi bazanın yaradılması istiqamətində ciddi addımlar atmalıdır.
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra yeni parlament Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin qorunması istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırmalı və onların dağıdılmasına son qoyulmasına çalışmalıdır. Qərbi azərbaycanlıların yeni formalaşacaq parlamentdən əsas gözləntiləri bunlardan ibarətdir. Ümid edirik ki, yeni parlament Qərbi Azərbaycan Konsepsiyasının reallaşması üçün bütün zəruri addımları atacaq”, - deyə Nazim Mustafa bildirib.