08.09.2025, 22:39
AZ EN
08.09.2025, 16:41 37

Ağdərə sakini: Gözəl günlərimiz başlayır

XƏBƏRLƏR
  • Ağdərə rayonunu 1992-ci ildə çətin şəraitdə, ağlaya-ağlaya tərk etmişdim. Bu gün isə Vətənimə gülə-gülə qayıdıram.

Bu sözləri Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Nurəddin Bəşirov deyib.

“Mən hər zaman doğma torpaqlarımıza qayıdacağıma inanırdım. Həsrətində olduğumuz bu torpağa Prezidentimizin, şəhidlərimizin, qazilərimizin sayəsində yenidən qayıtdıq. Ailəmiz beş nəfərdən ibarətdir, üçotaqlı evlə təmin olunmuşam. Hər şeydən razıyam. Bu gündən gözəl günlərimiz başlayır”, - deyə Ağdərə sakini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər